Modern.az

Baku TV-yə yeni baş redaktor təyin olundu

Baku TV-yə yeni baş redaktor təyin olundu

Media

23 Sentyabr 2025, 20:21

Baku TV-yə yeni baş redaktor təyin olunub.

Modern.az xəbər verir ki, telejurnalist Turan İbrahimov sözügedən vəzifəyə gətirilib.

Turan İbrahimov indiyədək ölkənin bir sıra telekanallarında müxtəlif vəzifələrdə çalışıb. 

Bu il Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Turan İbrahimov yeni təyinatadək Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri olaraq fəaliyyət göstərirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var