Modern.az

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Məhkəmə Əziz Orucovla bağlı qərar verdi

Media

25 Sentyabr 2025, 16:16

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə edilən müraciətə baxılıb.

Modern.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Məhkəmə müraciəti təmin etməyib.

Qeyd edək ki, Əziz Orucov Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, 2 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddəti noyabrda başa çatacaq.

Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham irəli sürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada əhalini ŞOK edən çağırış - Bu hücumlar Kremli silkələyir