Modern.az

Mətbuatın 150 illiyi medalına namizədlər müəyyənləşdirildi

Mətbuatın 150 illiyi medalına namizədlər müəyyənləşdirildi

Media

3 Oktyabr 2025, 13:04

Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.

Mdern.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.

İclasda müzakirə edilən ilk məsələ MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı olub.

Sədr Rəşad Məcid deyib ki, MŞ "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalına namizədləri müəyyənləşdirib və Medianın İnkişafı Agentliyinə (MEDİA) təqdim edib.

R.Məcid məlumatında eyni zamanda bidirib ki, Şura fəaliyyətində media müstəvisində, ümumən informasiya yayıcılığı prosesində nəzərə çarpan mənfi tendensiyalara da münasibətini açıqlayır.

Qurum ötən müddətdə informasiyanın, jurnalist təqdimatının cəmiyyətdə bölücülük yaratmamalı olduğuna dair tövsiyə mətni yayıb.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verib.

O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açıb və bildirib ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ!