“Sputnik Azərbaycan” portalının şef redaktoru Yevgeni Belousov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.
Modern.az-ın məlumatına görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, bu ilin iyul ayında “Sputnik Azərbaycan”ın əməkdaşları İqor Kartavıx və Yevgeni Belousov eyni məhkəmənin qərarı ilə 4 aylıq müddətə həbs edilmişdi. Onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə ittiham irəli sürülmüşdü.
Oktyabr ayında İqor Kartavıx barəsindəki həbs-qətimkan tədbiri də ev dustaqlığı ilə əvəz olunmuşdu. Bir neçə gün sonra o, azadlığa buraxılaraq Moskvaya yola salınıb.
Elnur Əmirov