Modern.az

“Report”un 11 yaşı tamam oldu

“Report”un 11 yaşı tamam oldu

Media

27 Oktyabr 2025, 09:04

Bu gün “Global Media Group"a daxil olan “Report” İnformasiya Agentliyi 11 yaşını qeyd edir.

Modern.az xəbər verir ki, "Report" İnformasiya Agentliyi 2014-cü ildə onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində xəbər istehsal edən agentliyik 11 ildə ölkədə və dünyada baş verənləri operativ və dolğun şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə, rəy və açıqlamalar yaymaq, Azərbaycanda və dünyada keçirilən irimiqyaslı tədbirləri xəbər, foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

Hazırda "Report"un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Eyni zamanda Agentliyin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, həmçinin Avropa İttifaqı ölkələri üzrə fəaliyyət göstərən xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

“Report” yerli və xarici media üçün etibarlı istinad mənbəyinə çevrilib.

Modern.az “Report”dakı həmkarları təbrik edir. 

Sizə yeni x var
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı