Modern.az

Bakıda baş redaktor saxlanıldı

Bakıda baş redaktor saxlanıldı

Media

30 Oktyabr 2025, 12:40

“Hürriyyət” qəzetinin, eləcə də eyniadlı Hurriyyet.az saytının və “Hurriyyet TV”nin rəhbəri Vüqar Məmmədov (Tofiqoğlu) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə adı çəkilən redaksiya məlumat yayıb.

Əməliyyat 29 oktyabr 2025-ci il tarixində, axşam saaat 18:00 radələrində keçirilib.

Məlumata görə, DTX-nın əməkdaşları ofisdə axtarış apardıqdan sonra “Hurriyyet TV”yə məxsus bütün avadanlıqları da özləri ilə aparıblar.

Təxminən eyni saatlarda Baş redaktorun Nizami rayonunda kirayə yaşadığı mənzilində də axtarış aparılıb və mənzildən heç bir sənəd və ya əşya götürülməyib.

Məlumata görə, Vüqar Məmmədovun yaşadığı evdə və “Hurriyyet TV”nin ofisində aparılan axtarış DTX-nın müraciəti əsasında 26 oktyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin çıxardığı qərara əsasən aparılıb.

Qeyd edək ki, baş redaktorun hansı səbəbdən saxlanıldığı haqda hələ ki rəsmi ittiham yoxdur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq