Modern.az

Hökumət “Azərbaycan Nəşriyyatı”na pul AYIRMAYACAQ

Hökumət “Azərbaycan Nəşriyyatı”na pul AYIRMAYACAQ

Media

4 Noyabr 2025, 11:09

Gələn il dövlət büdcəsində “Azərbaycan Nəşriyyatı” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün vəsait nəzərdə tutulmayıb.

Modern.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Belə ki, 2024-cü ildə 2 352 890 manat icra edilib, 2025-ci ildə 2 228 290 manat məbləğində icra planlaşdırılır. 2026-cı ildə isə bu məqsədlə vəsait ayrılmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Başqırdıstan vuruldu - Dəhşətli partlayışlar, şəhərlər alov içində