Modern.az

Media sahəsində həmrəylik olduqca vacibdir - İlham Əliyev

Media sahəsində həmrəylik olduqca vacibdir - İlham Əliyev

Media

21 Noyabr 2025, 10:46

Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.

Modern.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamını ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə