Modern.az

MediaTürk TV-də yeni dövr: Serdar Şengül ilə “Net Baxış 360” başlayır

MediaTürk TV-də yeni dövr: Serdar Şengül ilə “Net Baxış 360” başlayır

Media

2 Dekabr 2025, 16:07

Azərbaycanın güclü media qurumlarından biri olan "MediaTürk TV" Türk dünyasına yönəlik yeni və iddialı bir proqramı tamaşaçılara təqdim edir.

Şimali Kipr Türk Respublikasından (ŞKTR) olan jurnalist və teleaparıcı Serdar Şengül “Net Baxış 360” adlı proqramı ilə Bakıdan bütün Türk dünyasına səslənəcək.

Proqramda Türk dünyasında baş verən hadisələr geniş rakursdan təhlil olunacaq, xüsusi qonaqlar, aktual xəbərlər, dərin analizlər və eksklüziv müsahibələr ilə tamaşaçılara fərqli baxış təqdim ediləcək. Şengülün aparıcılığı ilə yayımlanacaq “Net Baxış 360” həm Azərbaycan–Türkiyə münasibətlərinə, həm də Türk Dövlətləri coğrafiyasına dair ən yeni və doğru məlumatları çatdırmağı hədəfləyir.

İlk Qonaq: ŞKTR-nin 5-ci Prezidenti Ersin Tatar

Proqram ilk buraxılışında Şimali Kipr Türk Respublikasının 5-ci Prezidenti Ersin Tatarı studiyasında qəbul edəcək.

Ersin Tatar 3 dekabr saat 13:00-da MediaTürk ekranlarında Serdar Şengülün suallarını cavablandıracaq. Türk dünyasının gündəmində olan mühüm məqamlar müzakirə olunacaq və ŞKTR-Azərbaycan əlaqələrinə dair əhəmiyyətli mesajların verilməsi gözlənilir.

Serdar Şengül Kimdir?

Şimali Kipr Türk Respublikasının Güzelyurt–Lefkoşa bölgəsində anadan olan Serdar Şengül jurnalistika və televiziya sahəsində qısa müddətdə mühüm uğurlar əldə etmiş gənc və dinamik media nümayəndəsidir.

Şimali Kipr Türk Respublikasının müxtəlif media qurumlarında çalışıb, xəbər aparıcılığı və proqram təqdimatında özünü təsdiqləyib.

Şimali Kipr Türk Respublikasının İstehlakçılar Dərnəyi və İstehlakçılar Konfederasiyası tərəfindən təqdim edilən “İlin uğurlu çıxış edən TV aparıcısı” mükafatına layiq görülüb.

Ard-arda iki il “İlin ən təsirli xəbər proqramı aparıcısı” mükafatını qazanıb.

Hazırda Şengül öz media fəaliyyətini Azərbaycanda davam etdirərək həm Şimali Kipr Türk Respublikası, həm də bütün Türk dünyası arasında media körpüsü qurmağı hədəfləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?