İstanbulda jandarma qrupları tanınmış şəxslərə qarşı narkotik əməliyyatı keçirib.
Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, müxtəlif televiziya kanallarında xəbər təqdim edən Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu saxlanılıb.
Ankarada saxlanılan Hande Sarıoğlu İstanbula gətirildiyi qeyd olunub. Əlavə məlumat verilməyib.