Modern.az

Lavrov azərbaycanlı jurnalistə müsahibə verdi

Lavrov azərbaycanlı jurnalistə müsahibə verdi

Media

29 Yanvar 2026, 14:46

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına geniş müsahibə verib.

Modern.az xəbər verir ki, Lavrovdan Türkiyə mediası üçün ilk üzbəüz müsahibəni qardaş ölkədə yaşayan tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva alıb. Lavrov jurnalistin Ukrayna müharibəsi, Türkiyə-Rusiya, ABŞ-Rusiya münasibətlərinə və digər mövzulara dair suallarını cavablandırıb.  

Müsahibə bu axşam Bakı vaxtı ilə 19.00-da TGRT-də yayınlanacaq.

Sevil Nuriyeva uzun müddət Azərbaycanda ANS telekanalının aparıcısı olub. Daha sonra Türkiyəyə köçüb, "Star" qəzetində işləyib, digər media quruluşları ilə əməkdaşlıq edib. O, hazırda jurnalist fəaliyyətini "Türkiye" qəzetinin yazarı kimi davam etdirir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır