Modern.az

Qarabağdan Yerevana 10 hərbçinin meyiti aparılıb

Qarabağdan Yerevana 10 hərbçinin meyiti aparılıb

4 Aprel 2016, 12:13

Dağlıq Qarabağdakı döyüşlərdə məhv edilən 10 erməni hərbçinin meyiti dünən Yerevana aparılıb. Modern.az bildirir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumatda qeyd edilir ki, məhv edilənlərdən biri Araqatsostnski vilayətinin Artaşavan kəndindən hərbi xidmətə çağırılan əsgər 20 yaşlı Karam Sloyandır. Onun hərbi xidmətini başa vurmasına az müddət qaldığı bildirilib.

Aprelin 2-də Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusunun düşmənə vurduğu ciddi zərbə nəıticəsində çox sayda erməni hərbçisi ölüb.

Ermənistan tərəfi hələ ki 18 hərbçinin məhv edildiyini, 35-nin yaralandığını boynuna alır.    

Modern.az


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...