
Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edib.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VII a sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib.Onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb.
Aytən ZƏHRA