Modern.az

Beynəlxalq Mərkəzin üzvləri İlham Əliyevə müraciət etdi

Beynəlxalq Mərkəzin üzvləri İlham Əliyevə müraciət etdi

4 Aprel 2016, 17:07

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib. Müraciətdə bildirilir ki, Mərkəzin üzvləri  Dağlıq Qarabağda dondurulmuş münaqişədə son hərbi gərginlik zamanı  həlak olan mülki əhalinin və hərbçilərin həyatlarını itirməsi ilə bağlı  kədərlərini bölüşür.

 “Beynəlxalq cəmiyyətin digər iştirakçıları kimi, biz də 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasının pozulmasından təəssüf hiss keçirir və Azərbaycanı hərbi əməliyyatların gərginləşməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırırıq”- deyə müraciətdə bildirilir.

Müraciətdə, həmçinin, Azərbaycan ərazisinə gələcək hücumlarının qarşısının alınması məqsədilə ATƏT-in Minsk Qrupun həmsədrlərinin iştirakı ilə beynəlxalq səviyyədə bütün mümkün diplomatik  kanallar vasitəsilə münaqişənin həllinin tərəfdarı olduqları diqqətə çatdırılıb.

Eyni zamanda, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh vasitəsilə həll edilməsinin zəruriliyi də vurğulanıb.

Müraciətin sonunda beynəlxalq hüquq normalarının pozulmasına baxmayaraq Azərbaycanın qarşı tərəfin düşünülmüş provokasiyalarına cavab verməməsinə dair xahiş qeyd edilib.

Müraciəti Latviyanın sabiq Prezidenti, NGBM həmsədri Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM həmsədri İsmayıl Səragəldin, Bolqarıstanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Petar Stoyanov, Serbiyanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Stepan Mesiç, Rumıniyanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Emil Konstantinesku, Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko, Albaniyanın sabiq Prezidenti Recep Meydani imzalayıb.

Aytən ZƏHRA  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...