Modern.az

Şəhidlər Bibiheybət məscidində anıldı

Şəhidlər Bibiheybət məscidində anıldı

4 Aprel 2016, 18:33



Son günlər qoşunların təmas xəttində vəziyyət gərginləşib. Azərbaycan Ordusunun qətiyyətli addımları nəticəsində düşmənə ağır zərbələr vurulub. Bir neçə strateji əhəmiyyətli yüksəklik işğalçılardan azad edilib, düşmənin canlı qüvvəsi və texnikası məhv edilib.

Həyata keçirilən əməliyyat zamanı bir neçə əsgər və zabitimiz qəhrəmancasına şəhid olub. Ölkə ərazisindəki məscidlərdə şəhid olan Azərbaycan hərbçilərinin ruhuna dualar edilir, uca Allahdan onlara rəhmət dilənir.

Bu gün Bibiheybət Məscid Kompleksində də şəhidlərimiz anılıb. Bu barədə məscidin axundu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Rahib Babayev məlumat verib:

“Şeyxülislam həzrətlərinin tövsiyəsinə uyğun olaraq, bugünkü günorta namazında son günlər gedən döyüşlərdə canlarını Vətən yolunda fəda edən və şəhidlik kimi yüksək bir mərtəbəyə ucalan qəhrəman əsgər və zabitlərimiz yad olundu, ruhlarına dualar oxundu, yaralılara şəfa diləndi. Moizədə Vətən sevgisi, şəhidlik məqamı barədə söhbət açıldı.  Namazda iştirak edən dindarlar ordumuzun zəfər qazanması üçün dualar etdilər. Hamımızda böyük bir inam hissi var. İnanırıq ki, Azərbaycanın rəşadətli ordusu düşmən üzərində qəti qələbə qazanacaq, torpağımız işğaldan azad ediləcək. Allah bu qələbəmiz uğrunda vuruşan əsgər və zabitlərimizi qorusun!".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...