Modern.az

Yuliya Timoşenko müxalifətə keçdi

Yuliya Timoşenko müxalifətə keçdi

5 Aprel 2016, 17:41


“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko Ukrayna parlamentində yeni koalisiyanın yaradılması ilə bağlı danışıqlar prosesindən çıxaraq, müxalifətə keçdiyini bəyan edib. Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, Timoşenko yeni koalisiyanın yaradılması ilə bağlı danışıqlar prosesini perspektivsiz adlandırıb.

Bundan əvvəl  xəbər verilib ki, “Pyotr Poroşenkonun Bloku” partiyası, “Xalq cəbhəsi”, “Radikal partiya” və “Batkivşina” yeni koalisiyanın yaradılması haqda danışıqlar aparır. Ancaq bir həftədən çoxdur deputatlar razılığıa gələ bilmirlər.

Ukraynada siyasi böhran Ali Radanın deputatlarının hökumətin fəaliyyətini qənaətbəxş hesab etməməsindən sonra başlayıb. O vaxt indiki baş nazir Arseni Yatsenyukun istefasına səs vermək mümkün olmanışdı. Bu hakim koalisiyanın dağılmasına səbəb olub ki, bu da ölkədə yeni parlament seçkilərinin keçirilməsi təhlükəsi yaradır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...