Modern.az

“Ermənistan əvvəlcə 5, sonra 2 rayonu qaytarılmalıdır" - AÇIQLAMA

“Ermənistan əvvəlcə 5, sonra 2 rayonu qaytarılmalıdır" - AÇIQLAMA

6 Aprel 2016, 10:34


“Ermənistanın hələ bir şansı var. Biz müzakirələrə tərəfdarıq”. Modern.az saytı xəbər verir ki, bu sözləri “Anadolu” Agentliyinə açıqlamasında  Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi Qalib İsrafilov deyib. O qeyd edib ki, Azərbaycan problemi sülh yolu ilə həll etmək istəyir.

“Amma daha 20 il də gözləmək istəmərik. Barışmaq mümkündür. Ermənistan danışıqlara getməli və problemin sülh yolu ilə həll edilməsinə yardım etməlidir. Ermənistanın ikinci dəfə torpaqlarımızda dövlət yaratmasına imkan verməyəcəyik. Ermənistan hal-hazırda torpaqlarımızı işğal altında tutduğu üçün status-kovadan məmnundur və həmin ərazilərdə Azərbaycanın varlığını və irqini silmək istəyir. Buna göz yummayacağıq”.

İsrafilov bildirib ki, Ermənistan əvvəlcə işğal etdiyi 5 bölgədən çıxmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır.

“Minsk Qrupunun həmsədrləri öz mandatlarından istifadə edərək Ermənistandan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağıı tələb etməlidir. Öncədən 5 rayon boşalmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaranmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir. İkinci mərhələdə digər 2 rayon - Laçın və Kəlbəcər qaytarılmalıdır və bunun əsasında Dağlıq Qarabağ bölgəsinin Azərbaycan tərkibində statusunun müəyyən edilməsi baş tuta bilər. Bunun üçün də Qarabağdan qovulmuş azərbaycanlı icması oraya qayıtmalı və erməni icması ilə bərabər hüquqlarla prosesdə iştirak etməli, onlar üçün həyat qurmağa eyni imkanlar yaradılmalıdır. Bu məsələdə Minsk qrupu ölkələrini və həmsədrləri daha fəal olmağa çağırdıq”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...