Modern.az

Vardan Oskanyan Köçəryanla yeni partiya yaradır

Vardan Oskanyan Köçəryanla yeni partiya yaradır

6 Aprel 2016, 11:52

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ikinci prezident Robert Köçəryanla yaradacaqları yeni partiya ilə bağlı məsləhətləşmələri intensivləşdiriblər. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, adları çəkilən keçmiş yüksək çinli məmurlar yaradılaq partiyanın perspektivləri haqda da ciddi düşünürlər.

Məlumatlı mənbənin bildirdiyinə görə, Ermənistanın daxilindəki indiki durum, ölkə rəhbərliyinin xarici siyasətdəki uğursuzluqları, üstəlik Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslər Oskanyanla Köçəryanın yeni partiya yaratmaqla bağlı fəaliyyətlərini sürətləndirməsinə əsas verib.

Xarici siyasət idarəsinin keçmiş rəhbəri ilə eks-prezidentin yaradacaqları partiyaya xarizmatik insanların daha çox cəlb ediləcəyi, bundan əlavə, imkanlı olsalar belə, Serj Sərkisyan hakimiyyəti dövründə ciddi təzyiqlərlə üzləşən iş adamlarının da qoşulacağı istisna edilmir.

Məlumatda yeni partiya ilə bağlı ciddi addımın gələn həftənin birinci, yaxud ikinci günü atılacağı da qeyd edilir. Oskanyanın məhz həmin günlərdə yeni yaradılacaq partiya haqda ciddi bəyanat verəcəyi də istisna edilmir.




Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...