
28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat verən şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.
Qeyd edilib ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzindəki “Bazarstore” mağazasına bomba qoyması barədə məlumat vermiş Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Gülşən RAUFQIZI