
Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub. Modern.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.
Fransada PSJ öz meydanında İngiltərənin "Mançester Siti" klubunu qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib - 2:2.
Digər oyunda isə Madrid "Real"ı Almaniyada "Volfsburq"un qonağı olub. Oyun meydan sahiblərinin xeyrinə başa çatıb - 2:0.
PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 2:2
"Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya) - 2:0
"Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 2:1
"Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 1:0