
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Facebook istifadəçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi Facebook səhifəsi fəaliyyətə başlayıb.
Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, Facebook sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır:
“Rəsmi olaraq bildiririk ki, //www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç biri Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.
Facebook istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.
Gülşən RAUFQIZI