Modern.az

Cəbhə bölgəsindəki mülki insanlar öz evlərindədirlər - RƏSMİ

Cəbhə bölgəsindəki mülki insanlar öz evlərindədirlər - RƏSMİ

Təhsil

7 Aprel 2016, 11:49


Son günlər erməni hərbi birləşmələrinin Füzuli rayonunun təmas xəttində törətdiyi növbəti təxribat xarakterli hərəkətlər, təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərin intensiv olaraq tanklardan, toplardan və digər artireliya qurğularından istifadə olunmaqla mütəmadi atəşə tutulması fonunda əhali öz yerindədir.

Bu barədə Modern.az-a Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirlib ki, cəbhənin bütün istiqamətlərində düşmənin təxribat xarakterli hərəkətlərinə ordumuzun layiqli cavab verməsi bütün füzulililərdə ruh yüksəkliyi yaradıb.

“Cəbhə xətti boyunca yerləşən Alıxanlı, Şükürbəyli, Mirzənağılı, Qazaxlar kəndlərinin sakinləri evlərini tərk etməyərək, gündəlik təsərrüfat işləri ilə məşğul olur, öz məişət qayğılarını həll edirlər. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır.

Hazırda Füzuli rayonunda əhali arasında yüksək vətənpərvərlik əhval-ruhiyyəsi, ordu-xalq birliyi hökm sürür. Rayonun gəncləri, müharibə veteranları Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədiklərini, hər an döyüşə atılmağa hazır olduqlarını bildirirlər”,-deyə bildirilib.

Düşmənlə təmas xəttində yerləşən Mirzənağılı kənd sakini, ağsaqqal Telman Səmədov, Qazaxlar kəndindən ağsaqqal Bayandur Şirinov, Alıxanlı kənd sakini ağsaqqal Camal Quliyev və başqaları son günlər cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər.

Rayon sakinləri qeyd edirlər ki, ermənilərin dinc sakinləri hədəf seçməsi, onların qorxaqlığının, acizliyinin nümunəsidir. Füzulililər inanırlar ki, ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı qısa müddət ərzində işğaldan azad ediləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı