Modern.az

“Ara Abramyan aranı qızışdırır” - Rusiya hökumətinə müraciət

“Ara Abramyan aranı qızışdırır” - Rusiya hökumətinə müraciət

Təhsil

7 Aprel 2016, 11:56



Modern.az
xəbər verir ki, Ümumrusiya Azərbaycan Konqresi Rusiya Prezidenti yanında Məsləhət Şurasının komissiya sədri Ara Abramyanın Azərbaycan əleyhinə verdiyi bəyanatlarla əlaqədar hökumətə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, Ara Abramyan öz bəyənatlarında Azərbaycanı təcavüzkar adlandıraraq, Azərbaycan rəhbərliyi haqqında tənqidi fikirlər söyləyib, həmçinin öz həmvətənlərini Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çağırıb. Ümumrusiya Azərbaycan Konqresi  Rusiya hökumətinə müraciətdə diqqətə çatdırır ki, Ara Abramyanın bu hərəkəti millətlərarası zəmində qarşıdurmalarla  nəticələnə bilər.

“Milliyətcə erməni olan Ara Abramyanın bu çağırışı  Rusiya ictimaiyyətində narahatlıq doğurur. Bundan başqa, Ara Abramyanın millətçi şüarları və çağırışları nəinki bütün millətlərin sülh və həmrəylik şəraitində yaşadığı Rusiyanın milli siyasətinə, eləcə də məhz Ara Abramyanın sədrlik etdiyi millətlərarası münasibətlər üzrə Rusiya Federasiyası Prezidenti yanında Məsləhət Şurasının dövlət milli siyasətinə informasiya nəzarəti üzrə komissiyasının prinsiplərinə də ziddir.

Ümumrusiya Azərbaycan Konqresi Rusiya hökümətindən Ara Abramyanın hərəkətlərinə diqqət yetirməyi və gələcəkdə bu kimi hadisələrin qarşısını almaq üçün ona qarşı müvafiq tədbirlər görməyi xahiş edir”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı