Sankt-Pterburqda jurnalist Dmitri Tsipiknanı öldürməkdə şübhəli bilinən şəxlanılıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, istintaq və operativ-axtarış tədbirləri nəticəsində şəhərdəki ali məktəblərdən birinin tələbəsi, 21 yaşlı Sergey Kosırev saxlanılıb.
İstintaqın versiyasına görə, şübhəli martın 27-də İnternet vasitəsilə tanış olduğu jurnalistin qonağı olub. Məlumatda qeyd edilir ki, qəflətən yaranan mübahisə .zamanı Kosırev bıçaqla jurnalistə çoxsaylı xəsarətlər yetirərək öldürüb, sonra noutbukunu və pul qabını götürərək hadisə yerini tərk edib.
Jurnalist martın 25-də yoxa çıxıb. O, həmin gün qatarla Riqaya getməli idi. Sonradan yaşadığı mənzilindən meyiti tapılıb.
Saxlanılan tələbə cinayəti törətdiyini etiraf edib.
Modern.az