Modern.az

“Təbrizlilərin ürəyi Qarabağla döyünür” - deputatdan AÇIQLAMA

“Təbrizlilərin ürəyi Qarabağla döyünür” - deputatdan AÇIQLAMA

Təhsil

7 Aprel 2016, 12:19


Aprelin 1-dən 2-ə gecən gecədən başlayaraq Qarabağda davam edən gərginlik aprelin 5-də atəşkəslə bitsə də, cəbhədə atışmalar hələ də davam edir.

Ölkəmizdə və dünyanın müxtəlif yerlərində azərbaycanlılar ordumuz üçün ruh yükəkliyi yaradan yürüşlər keçirir, əldə olunan uğurlara dəstək nümayiş etdirirlər.

Gərginlik artandan sonra Güney Azərbaycanda yaşayan həmvətənlərimiz də bizə dəstək nümayiş etdirən mitinqilər keçirilər.

Təbrizin Səhənd Stadionunda futbol matçı zamanı Güney azərbaycanlılar “Ya Qarabağ, ya ölüm!”, Qarabağ bizimdir, bizim olacaq!”, “Sən çağırsan, gələrəm mən, Sən yaşa Azərbaycan, Eybi yoxdur ölərəm mən, Sən yaşa Azərbaycan!” şüarları səsləndiriblər.

Azərbaycan-İran parlamentlərarası əalqələr üzrə işçi qrupunun üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Modern.az-a açıqlamasında dünənki prosesi izlədiyini bildirib.

“İranda müxtəlif statistik məlumatlara görə, 30-40 milyon azərbaycanlı yaşayır. Təbii ki, onların ürəyi bizimlə bir döyünür. Onlar bu prosesləri müşahidə edirlər. Qarabağ tarixi Azərbaycan torpaqlarının bir parçasıdır və Qarabağın itkisi ilə nəinki biz, İranda yaşayan soydaşlarımız heç cür barışa bilməz. Bu məlumatı böyük fəxarət və qürur hissi ilə qarşıladım”.

Deputatın sözlərinə görə, güneyli soydaşlarımızın Azərbaycana dəstək nümayiş etdirməsi fonunda İran rəsmi dairələrinin bu məsələdə guya, bitərəf mövqedə dayandıqlarını qeyd etməkləri doğru deyil: “İranla bizi  həm mədəni, həm dini tellər bağlayır. İran bütün dünyada şiələri müdafiə etdiyi halda, yaxın qonşusu olan Azərbaycan türklərini müdafiə etmir.

Xristian ermənilərinə qarşı bitərəf mövqe saxlayır. İran İslam Əməkdaşlıq Konfransı Təşkilatının ən fəal üzlərindən biridir və o təşkilatda hər il ermənilərin Azərbaycana qarşı təcavüzü haqqında neçə sənəd, qətnamə qəbul olunur. İran orada bir kəlmə demir, layihələrə səs verir. Belə olan halda indiki proseslərdə bitərəf mövqe tutması mənim üçün anlaşılmazdır”. 

Deputat Şərqşunaslıq İnstitutunda görüşdə İranın Payaminur Universitetinin prorektoru ilə bu məsələ ətrafında danışdığını vurğulayıb. 

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı