Modern.az

Azərbaycanlı səfir Kardaşyanı yerində oturtdu

Azərbaycanlı səfir Kardaşyanı yerində oturtdu

Təhsil

7 Aprel 2016, 12:36


Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Qarabağ problemi ilə bağlı Ermənistanı müdafiə edən şou-biznes ulduzu Kim Kardaşyanı tənqid edib. Modern.az xəbər verir ki, bu barədə “Foreign Policy” nəşri məlumat yayıb.

Açıqlamasında E.Süleymanov bildirib ki, Kardaşyan bu məsələdə yetkili şəxs deyil. O qeyd edib ki, sülh və ya müharibə ilə bağlı suallar realiti-şou ulduzu üçün olduqca ciddidir.

“Şəxsən mən çox pis realiti-şou ulduzu olardım, çünki mənə aiddiyatı olmayan işlərə qarışmamağa çalışıram. Əmin deyiləm ki, Kardaşyan hərbçi və ya siyasi analitikdir. Biz öz sahələrimizlə məşğul olmalıyıq” - deyə Elin Sülyemanov nəşrin sualını cavablandırarkən bildirib.

Kim Kardaşyan Qarabağ münaqişəsi zamanı Ermənistanı müdafiə edərək “Ermənistan və dünyadakı hər kəs üçün dua edirəm!” deyə öz instagram səhifəsində qeyd edib.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı