
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Füzuli, Tərtər və Goranboy rayonlarının ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən məzunlarının elektron ərizələrini rahat şəraitdə təsdiqini təmin etmək üçün səyyar Sənəd Qəbulu Komissiyaları (SQK) yaradır.
Qurumdan Modern.az-a verilən məlumata görə, səyyar SQK-lar aşağıdakı tarixlərdə fəaliyyət göstərəcək.
Xatırladaq ki, cari ilin məzunları elektron ərizələrini SQK-ya müraciət etmədən özləri təsdiq edirlər.
| Rayonun adı | Tarix | Saat | Ünvan |
| Füzuli | 11-15 aprel | 10:00-17:00 | Təhsil şöbəsi, Horadiz ş. Gənclər pr. |
| Tərtər | 11-15 aprel | 10:00-17:00 | Gənclər Mərkəzi, Heydər Əliyev pr. 2 |
| Goranboy | 11-15 aprel | 10:00-17:00 | Heydər Əliyev Mərkəzi, Heydər Əliyev pr. 2 |
Aytən ZƏHRA