
Cəbhə xəttində gedən döyüşlərdə Sumqayıt daha bir əsgərini şəhid verib.
Modern.az xəbər verir ki, Sumqayıt şəhər sakini 1996-cı il təvəllüdlü Bayramov Şülan Bayram oğlu cəbhənin təmas xəttində Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
Dünəndən başlayaraq şəhidin yaşadığı 13-cü mikrarayonun qarşısında yüzlərlə şəxs toplaşıb. Onlar “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Uca tut başını, Əsgər anası” və digər şüarlar səsləndirirlər.
Bu gün səhər saatlarından şəhidlə vida mərasimi başlayıb. Dəfn mərasimi şəhidin hərbi xidmətdə olan qardaşı gəldikdən sonra günorta saatlarında baş tutacaq.

Aytən ZƏHRA