Modern.az

Təhsil şöbələrində qanun pozuntuları – RƏSMİ

Təhsil şöbələrində qanun pozuntuları – RƏSMİ

9 Aprel 2016, 10:09

Yevlax, İsmayıllı və Şamaxı rayon təhsil şöbələrinin fəaliyyətlərində nöqsanlar aşkar edilib, onların bir sıra qanunvericilik aktlarının tələblərinə riayət etmədiyi, xərc maddələri üzrə müvafiq hesablamaların aparılmadığı aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2015-ci il üzrə fəaliyyəti barədə açıqladığı hesabatda bildirilib.   

Hesabatda qeyd edilib ki, audit olunmuş təhsil şöbələrində əməyin ödənişi ilə bağlı bir sıra normativ-hüquqi aktların tələblərinə riayət edilmədiyi müəyyən olunub.

Həmin nöqsanlar nəticəsində artıq icra edilmiş cəmi vəsait əsasən siniflər üzrə şagirdlərin sıxlığının gözlənilməməsi və az kontingentli siniflərdə komplektləşmə aparılmaması, fənn kabinetləri, sinif rəhbərliyi və digər əlavələrin düzgün hesablanmaması, həmçinin digər nöqsanlar səbəbindən meydana gəlib.  

Tədris –təcrübə sahələri olmadığı halda onlara rəhbərlik üçün, bir sıra ümumtəhsil məktəblərinin pedaqoji təhsilləri olmadığı halda onlara bədən tərbiyəsi və əmək təlimi ixtisas üzrə dərs yükünün tarifləşdirilməsi, habelə müxtəlif səbəblərdən artıq ştatların saxlanması, idman məktəblərində keçid mərhələlərinə əməl edilmədən artıq qrupların saxlanılması, müəllimlərə kompüterlərə xidmətə görə haqq tarifləşdirilməsi və əvəz edildiyi göstərilmiş dərs saatlarına görə əvəzedici müəllimlərə əmək haqqı ödənilməsi də təhsil şöbələrində müəyyən olunan nöqsanlardır.  

Ümumilikdə 2877 dərs saatı artıq tarifləşdirilib və 21 ştat artıq göstərilib.  

Eyni zamanda təhsil şöbələrində malalrın alınması zamanı qiymət məhdudiyyətini aradan qaldırmaq məqsədilə vəsaitin ayrı-ayrı müqavilərlərə bölünərək satınalma metodunun dəyişdirilməsi hallarına yol verdiyi müəyyən olunub.  

Nöqsanların aradan qaldırılması məqsədilə Yevlax Şəhər Təhsil Şöbəsi tərəfindən təqdim edilmiş məlumatda 319,2 min manat vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib, 32,9 min manat məbləğində debitor borcun uçota alındığı bildirilib.  

Nəticədə təhsil şöbəsinin müdirinin və 1 mühasibin vəzifələrdən azad edildiyi, baş mühasibə və 12 mühasibə şiddətli töhmət verildiyi bildirilib.  

İsmayıllı Rayon Təhsil Şöbəsi tərəfindən təqdim edilmiş məlumatda  65 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpa edildiyi, 12,4 min manat məbləğində debitor borcun  umota alındığı qeyd edilib.  

Təchizat bölməsinin və 1 əməkdaşın işdən azad edildiyi, 10 məktəb direktoru və 1 mühasibə töhmət verilib.  

Şamaxı Rayon Təhsil Şöbəsi tərəfindən 376,3 min manat vəsait dövlət büdcəsinə bərpa edilib.

4 mətkəb direktoru işdən azad edilib, 11 məktəb direktoruna töhmət verilib 8 mətkəb direktoruna xəbərdarlıq edilib. Həmçinin 3 mühasibə töhmət verilib.

Aytən ZƏHRA  

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...