Modern.az

Deputat 2016-cı ilin büdcəsi ilə bağlı təklif verdi

Deputat 2016-cı ilin büdcəsi ilə bağlı təklif verdi

9 Aprel 2016, 10:52

“Azərbaycan dünyanın bir parçasıdır və baş verən qlobal proseslər ölkəmizə də müvafiq təsir edir. İndi dünyada çox mürəkkəb bir vəziyyət yaranıb: hər şey qarışıb,  müharibələr, münaqişələr davam edir, ümumi böhran dərinləşir.

Bu böhranı biz yaratmamışıq. Ancaq ziyanı bizə də dəyir. Belə bir şəraitdə, dünyada gedən mürəkkəb hadisələr fonunda dərinləşən böhran məngənəsində  Azərbaycanın 2015-ci il büdcəsinin həm sosial, həm də investisiya yönümlü olması riskli olsa da, uğurla yerinə yetirilməsinin hələ də davam etməsi cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yürüdülən bacarıqlı  siyasətin nəticədir”.

Bunu Modern.az -a açıqlamasında deputat Musa Qasımlı dünyada cərəyan hadisələrin Azərbaycana təsir mexanizmindən danışarkən deyib.

Onun sözlərinə görə böhrandan qorxmaq lazım deyil.  

“Fikrimcə, 2016-cı il üçün dövlət büdcəsi tərtib edilərkən mütləq dünya konyukturası, baş verən hadisələr, neftin qiymətinin aşağı düşməsi, yeni müstəqil dövlətlərdə və  Yaxın, Orta Şərqdə cərəyan edən hadisələrin mümkün təsirləri proqnozlaşdırılmalı və nəzərə alınmalıdır. 

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, belə böhranlı şəraitlərdə dövlətlərin  büdcəsi  tərtib edilərkən adətən investisiya xərcləri azaldılır, cəmiyyətin aztəminatlı təbəqələrinin sosial müdafiəsini dövlətin qoruması məqsədilə tədbirlərə üstünlük verilir. Çünki böhran zamanı xarici və daxili  investorlar sərmayə  qoymağa risk etmir, hadisələrin gedişini izləyir və necə nəticələnəcəyini gözləyirlər.   

Böhran faciə deyil,  ağır vəziyyətdən  çıxmaq və inkişaf etmək üçün yeni imkanlar verən bir hadisədir. Ona görə də böhrandan qorxmamalıyıq, qorxunun özündən qorxmalıyıq”.

Parlament üzvü 2016-cı ilin dövlət büdcəsindən danışarkən onu da vurğulayıb ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da elmə imkan yaradılması faydalı olar.  

“Yeni büdcədə qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatı, turizm və müasir  informasiya texnologiyaların inkişafına xüsusi  yer ayrılmasının faydalı olacağı qənaətindəyəm.

Elm və təhsil sahəsinə ayrılan xərclər dövlətin imkanları ilə bağlı olan məsələdir. Amma belə hesab edirəm ki, universitetlərə və Elmlər Akademiyasına əlavə gəlirlər gətirən fəaliyyətlə  və ya dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, "elmin biznesi" ilə məşğul olmaq üçün imkan yaradılması faydalı olar. 

Öz vəsaitləri hesabına xaricdə təhsil alanların ölkəmizdə həmin vəsaitlərini qoyması üçün müvafiq işlərin görülməsi də fayda verərdi."  

Namidə BİNGÖL

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...