Modern.az

Qırmızı Xaç Komitəsindən yeni MƏLUMAT

Qırmızı Xaç Komitəsindən yeni MƏLUMAT

9 Aprel 2016, 11:55

 

Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə tərəfləri ilə dialoqları davam etdirir.

Bu haqda Modern.az saytına Komitənin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynova qeyd edib ki, əməliyyatın məqsədi tərəflərə döyüş meydanında qalmış meyitlərin götürülməsinə şərait yaratmaqdan ibarətdir. Qurum rəsmisi dünən keçirilmiş əməliyyat barədə bunları deyib:

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin neytral vasitəçiliyi ilə tərəflər münaqişə ərazisində qalmış meyitlərin tapılması və yığılması ilə bağlı əməliyyat keçiriblər.

Komitə hazırda tərəflərlə taleyi hələ aydınlaşdırılmamış adamların taleyinin müəyyən olunması ilə bağlı dialoq aparır”.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...