Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

9 Aprel 2016, 13:18


İstirahət günü ölkə ərazisində hava şəraiti mülayim keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə aprelin 10-da əsasən dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Modern.az   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...