Modern.az

Bakıda avtobus qucağında uşaqla yolu keçən ananı vurdu

Bakıda avtobus qucağında uşaqla yolu keçən ananı vurdu

9 Aprel 2016, 13:38


Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hadisə aprelin 8-də saat 18 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Aslan Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə (18 saylı xətt avtobusu) yolu keçən və qucağında 4-5 yaşlı qız uşağı olan 25-30 yaşlı qadını vurub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.  

Gülşən RAUFQIZI  

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...