Modern.az

İdman Nazirliyi beynəlxalq tədbirlərin keçirilməsində nöqsanlara yol verib

İdman Nazirliyi beynəlxalq tədbirlərin keçirilməsində nöqsanlara yol verib

9 Aprel 2016, 13:46


Hesablama Palatası Gənclər və İdman Nazirliyində yoxlamalar aparıb.

Palatanın audit sübutları nəticəsində Nazirlik tərəfindən müxtəlif podratçı təşkilatara dörd obyekt üzrə artıq vəsait ödənildiyi, iki obyekt üzrə əlavə xərclərə yol verildiyi, hal-hazırda istifadə olunan 8 obyektin müvafiq qaydada istismara qəbulunun təmin edilmədiyi müəyyən olunub.

Modern.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2015-ci il üzrə hesabatında qeyd edilib. 6 bölmədən 67 bənddən ibarət olan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına və Tədbirlərə ayrılmış vəsaitlərin auditi nəticəsində müəyyən olunub ki, Tədbirlər Planında 2011-2014-cü illərdə yeriniə yetirilməsi nəzərdə tutulan 59 bəndin icrası İcraçılar tərəfindən təmin edilib, 4 bənd qismən, 4 bənd isə ümumiyyətlə icra olunmayıb.

Nəzarət obyektində xərclər smetasının tərtibi və icrası zamanı bir sıra qanunvericilik aktlarının tələblərinə riayət edilmədiyi, o cümlədən proqnozlaşdırma prosesinə əsaslı yanaşılmadığı müəyyən olunub. 

Eyni zamanda Nazirlik tərəfindən respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı bəzi nöqsanlara yol verildiyi aşkarlanıb. Satınalma prosesində əsassız debitor borcların yaranması halları aşkar edilib, əmək haqqı, ezamiyyə, nəqliyyat vasitələrinin saxlanması xərlcərinin icrası, həmçinin social sığorta haqlarının hesablanması ilə bağlı normativ hüquqi aktların bəzi tələblərinə riayət edilməməsi səbəbindən vəsaitin artıq icra edildiyi müəyyən olunub, material ehtiyatlarının uçotu aparılmayıb. Gənclər və İdman nazirliyi tərəfindən 100,6 min manat dövlət büdcəsinə bərpa edilib, 118,4 min manat məbləğində işlərin görüldüyü, 48 min avro məbləğində çatışmayan inventarların natura qaydasında bərpa olunduğu bildirilib.  

İdman hakimlərinə yarışlarda hakimliyə görə verilən maddi təminatdan tutulmuş 10,4 min manat sosial sığorta haqqı üzrə müvafiq icra hakimiyyəti orqanı ilə qarşılıqlı hesablaşmaların aparılması ilə bağlı üzləşmə aktının tərtib edildiyi qeyd olunub. İşdə nöqsanlara yol vermiş vəzifəli şəxslərilə bağlı inzibati tənbeh tədbirləri tətbiq edilib, 3 sektor müdirinə töhmət verilib, 1 şöbə müdirinə və 2 sektor müdirinə xəbərdarlıq olunub.

Aytən ZƏHRA

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...