Modern.az

İcra başçısı Talış kəndindəki yanlışlığa görə müraciət etdi

İcra başçısı Talış kəndindəki yanlışlığa görə müraciət etdi

9 Aprel 2016, 13:49

Talış kəndinin Ağdərə rayonun inzibati ərazisi kimi göstərən lövhə sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib.

Qeyd edək ki, Ağdərə inzibati ərazi vahidi kimi 1992-ci ildən Tərtər rayonuna birləşdirilib, qəsəbə isə keçmiş adı ilə Ağdərə adlandırılıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Modern.az saytına kəndin Tərtər rayonun inzibati ərazisi olduğunu bildirib: “Talış kəndi Tərtərin inzibati ərazisidir”.

O qeyd edib ki, müvafiq qurumlara səhvin düzəldilməsi ilə bağlı müraciət edilib: “Problem tezliklə həll ediləcək, narahatlıq üçün əsas yoxdur”.  

Gülşən RAUFQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...