
Döyüş meydanında qalan hərbi qulluqçuların meyitlərin götürülməsi bu gün də davam etdiriləcək. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.
Qeyd olunub ki, aprel ayının 9-da Bakı vaxtı ilə saat 16.00-dan 19.00-dək cəbhə xəttinin müəyyən olunmuş istiqamətlərində ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hər iki tərəfin razılığına əsasən hərbi qulluqçuların meyitlərinin döyüş meydanından çıxarılması əməliyyatı həyata keçiriləcək.Gülşən RAUFQIZI