Modern.az

YAP Əli Kərimlinin evi qarşısındakı aksiyanı DƏSTƏKLƏDİ

YAP Əli Kərimlinin evi qarşısındakı aksiyanı DƏSTƏKLƏDİ

Təhsil

11 Aprel 2016, 14:42


Bir qrup gəncin AXCP sədri Əli Kərimlinin evi qarşısında etiraz aksiyası keçirməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.
Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında gənclərin haqlı olaraq belə aksiya keçirdiklərini vurğulayıb.

“Cəbhə xəttində gedən döyüşlərlə əlaqədar bütün Azərbaycan xalqı vahid mövqedən çıxış elədi, hamı Ali Baş Komandan, ordumuz ətrafında birləşdi. Şəhid xəbərlərini belə ordumuzun gücü, qüvvəsi kimi qarşıladılar. Əli Kərimli və onun ətrafı isə həm Facebook-da, həm də özlərinin qəzetləri, informasiya orqanlarında antiAzərbaycan mövqeyindən çıxış etməyə başlayıblar və hələ də bunu davam etdirirlər. Təbii ki, bu erməni lobbisinin verdiyi komandasıdır. Mətbuatda da getdi ki, bütün erməni mənbələri Əli Kərimliyə istinad edir, onun çıxışlarını yayırlar, göstərirlər. Ola bilər ki, kimsə iqtidara müxalifət olsun, amma dövlətə, xalqa, millətə müxalif olar? Bunların mövqeyi xalqa, dövlətə qarşı müxalifçilikdir”.

S.Novruzov hesab edir ki, Əli Kərimlinin bu cür mövqeyi bütün Azərbaycan insanlarını hiddətləndirib.

“Bu cür yazıları, anti-dövlət mövqeyindən çıxışı indiki zamanda ancaq ermənipərəst qüvvələr edə bilər və bu da göz qarşısındadır”.

Aprelin 10-u da bir qrup gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib. Aksiya iştirakçıları Ə.Kərimlinin sosial şəbəkədəki qeydlərini pisləyiblər.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı