Daxili İşlər Nazirliyi Nemət Pənahlının saxlanması ilə bağlı məsələyə aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az saytına deyib ki, Nemət Pənahlı polis əməkdaşları ilə mübahisə etdiyi üçün saxlanılıb:“Ona rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb”.
N.Pəhanlının saxlanması ilə bağlı məlumatı onun həyat yoldaşı Həcər Pənahlı Modern.az saytına açıqlamasında bildirmişdi.
Gülşən RAUFQIZI