Modern.az

Dələduz qadın saxlanılıb

 Dələduz qadın saxlanılıb

Təhsil

11 Aprel 2016, 20:01

 

Vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə,  saxlanılan «Topstap LTD» MMC-nin təsisçisi Mətanət Həsənovadır.  Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və Mətanət Həsənova şübhəli şəxs qismində tutulub. Hazırda faktla bağlı istintaq davam etdirilir.                                                 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı