Modern.az

Köçəryan Ermənistana qayıdır: “Sərkisyanla görüşməyəcəm, ordunu düşünürəm”

 Köçəryan Ermənistana qayıdır:   “Sərkisyanla görüşməyəcəm, ordunu düşünürəm”

Təhsil

11 Aprel 2016, 20:46

 

Ermənistanın köhnə prezidenti Robert Köçəyan indiki dövlət başçısı Serj Sərkisyanla görüşməyə hazırlaşmır. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, “hazırkı prezidentlə birinci ilk dövlət başçısı Levon Ter-Petrosyan kimi görüşməyi planlaşdırırsınızmı” sualına cavabında Köçəryan deyib: “Mən belə görüş planlaşdırmıram”.  

Onun fikrincə,  indi daha vacibi yubanmadan ordunu müasir silahla təmin etmək, şəxsi heyətin hərbi və strateji hazırlığını tezliklə özünə qaytarmaqdır.  

Aprelin 9-da Levon Ter-Petrosyanın təşəbbüsü ilə Serj Sərkisyan onun evinə gedərək görüşüb.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı