Modern.az

Ağstafada ağır yol qəzası: 1 ölü, 6 yaralı

 Ağstafada ağır yol qəzası:  1 ölü, 6 yaralı

Təhsil

11 Aprel 2016, 23:33

 

Bu axşam Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa rayonun Qırlı kəndi ərazisində qeydə alınlb.

"Ford" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb.  

Mənbəyə əsasən, “Opel”in sürücüsü, 37 yaşlı Göygöl rayon sakini Əliyev Ceyhun Əhəd oğlu ağır bədən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

“Ford”da olan 1970-ci il təvəllüldlü İmanquliyev Mahir, onun qızları 1992-ci il təvəllüdlü Maqiyə və 1994-cü il təvəllüdlü Raziyə, həmçinin digər sərnişinlər - Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Asim Məmmədov, 1981-ci il təvəllüdlü Elsevər Kazımov və 1980-ci il təvəllüdlü Asif Fərəcov müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı