Modern.az

Ekspert partiyalar BARƏDƏ:““Hökumət hara baxır” kimi şişirdilmiş fikirlər lazım deyil”

Ekspert partiyalar BARƏDƏ:““Hökumət hara baxır” kimi şişirdilmiş fikirlər lazım deyil”

12 Aprel 2016, 11:48

 

Bu gün Azərbaycanda çoxlu sayda siyasi partiyalar mövcuddur. Bu qədər sayda partiyaların mövcudluğuna baxmayaraq, ancaq 5-6 partiyanın cəmiyyətdə daha çox tanınmasını söyləmək olar.

O zaman yerdə qalan digər partiyalar nəyə lazımdır?!   Politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında Azərbaycanda mövcud olan partiyaların bugünkü durumunu şərh edib. Həmçinin, o, tanınmayan partiyaları müzakirə mövzusuna çevirməyi də məqsədəuyğun hesab etmədiyini deyib.  

“Belə bir deyim var. Həqiqət gerçəklikdir. Həyat özü hansı partiyaların olub-olmadığını daha yaxşı göstərir. Digər tərəfdən sıravi vətəndaşların yaşamasına  hansısa çoxlu sayda elan edilmiş, amma mövcud olmayan partiyaların kağız üzərində olması mane olurmu?! Əgər mane olmursa, düşünürəm ki, bunu müzakirə etməyə ehtiyac yoxdur.

Yaşamağa qadir olan partiya yaşayacaq. Qadir olmayan lap qeydiyyatdan keçsə belə heç bir məna kəsb etməyəcək. Xalqa da heç bir faydası olmayacaq. Buna görə də belə partiyaları müzakirə edərkən “hökumət hara baxır”, “bunları qadağan edək, dəyişək” kimi şişirdilmiş fikirlər lazım deyil”.  

Ekspert özünün dəstəklədiyi partiyadan da söz açıb.  

“Mənim də Azərbaycanda xüsusi hörmətlə yanaşdığım partiyalar var. Məsələn, REAL Hərəkatının rəhbərliyini tanıyıram və onlara inanıram. Daha sonra “Yaşıllar” Partiyasına və onun rəhbərinə də hörmətim var”.      

Namidə BİNGÖL

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...