Modern.az

Eks-nazir: “Qəbul imtahanları da tədricən ləğv olunmalıdır”

Eks-nazir: “Qəbul imtahanları da tədricən ləğv olunmalıdır”

12 Aprel 2016, 13:47

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ləğv edilməsi və onların bazasında Dövlət İmtahan Mərkəzinin yaradılmasını yüksək və dərin islahatların başlanğıcı saymaq olar”.

Bu sözləri Modern.az-a açıqlamasında keçmiş təhsil naziri Firudin Cəlilov deyib. O qeyd edib ki, TQDK-nı yaradarkən ona əlavə səlahiyyətlərin verilməsi nəzərdə tutulmuşdu.

“20 ildir bunu deyirəm: TQDK-nı yaradanda məqsədimiz bu olub ki, qurum təkcə tələbə qəbulu ilə məşğul olmasın, həm də hansı sahədə seçim varsa, tədricən orada sifarişlə işləyən bir quruma çevrilsin. Belə ki, dovlət qurumlarında işə qəbul olunmaq üçün testdən keçmək lazımdır. Qəbul imtahanları da tədricən ləğv olunmalıdır. Bunun da örnəkləri var. Bu dəyişiklər aparılmalıdır”.

Prezident İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.  

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...