Modern.az

ATƏT sədri: "Qarabağdakı mövcud status-kvo problemi həll etməyəcək"

 ATƏT sədri:  "Qarabağdakı mövcud status-kvo problemi həll etməyəcək"

13 Aprel 2016, 00:25

 

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi danışıqlar aparmağa çağırıb. Modern.az saytı virtualaz.org-a istinadən xəbər verir ki, bunu Frank-Valter Ştaynmayer Berlində keçirilən ATƏT "üçlüyü"nün görüşü öncəsi bəyan edib.

Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan sülh sazişini alqışlayıb, lakin onun sözlərinə görə, Dağlıq Qarabağda mövcud olan status-kvo regionda "təhlükəsizliyə yardım" edə bilməz.

ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, Almaniya Dağlıq Qarabağın gələcəyinə dair ciddi danışıqların bərpası üzrə səyləri dəstəkləməyə hazırdır.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...