Modern.az

Allahşükür Paşazadə: “Qaregin mənimlə görüşə gəlmədi”

Allahşükür Paşazadə: “Qaregin mənimlə görüşə gəlmədi”

13 Aprel 2016, 11:30


“Bu məsələlərdə patriarx Kirillə təşəkkür edirəm. Patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır, bir rayonun olsa belə, qaytarılmasını istəyir. Cəbhədə baş verən son hadisələrdən sonra məni görüşdürmək istəyirdi. Lakin Qaregin görüşə gəlmədi”.

APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində  (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib. 

QMİ sədri deyib ki, Azərbaycan prezidenti İlham Əliyevin siyasəti düzgün siyasətdir: “Başımızda əmmamə olsa da, bir əsgər kimi həmişə dövlət başçımızın yanındayıq”.

Allahşükür Paşazadə deyib: "İnsanlarımızda 1988-1991-ci illərdə olan, sonra itən vətənpərvərlik ruhunu görürəm. Bu, Azərbaycan prezidentinin apardığı siyasətin nəticəsidir”.
 
QMİ sədri bildirib ki, 1988-ci ildən sonra o vaxtkı Azərbaycan rəhbərliyi insanlarımızı qurban verib: “Dövlət rəhbərliyinə aciz, asılı insanlar gəldi və insanların vətənpərvərlik ruhunu öldürdülər. 1990-cı il 20 Yanvarda 700-ə yaxın yaralı, 140-a yaxın şəhid vardı. O dövrdə bu insanlara şəhid deməyə qoymurdular. Yaralıları belə xəstəxanalara qəbul etmirdilər. Qafqaz Müsəlmanları İdarəsi o yaralıların bir hissəsini xaricə gönlərdi. Mən 20 yanvarı ermənilərin işğal siyasətindən ayırmıram”.
 
A. Paşazadənin sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əsası qoyulan və prezident İlham Əliyev tərəfindən aparılan siyasət, ordu quruculuğu torpaqların işğaldan azad ediləcəyini göstərir: “Əlbəttə, din insanları sülhə çağırmalıdır. Biz məsələlərin sülh yolu həll olunmasının, ədalətli sülhün tərəfdarıyıq. Amma məni narahat edən odur ki, Qaregin dünya ermənilərinə müraciət edib ki, Azərbaycanı Qarabağa iddiasından əl çəkməyə məcbur etmək lazımdır. Son qarşıdurmada Azərbaycan öz torpaqlarını azad etməyə qadir olduğunu göstərdi. Mən srağagün Azərbaycan prezidenti ilə xeyli danışdım. Bu gün tədbirdə şəhid ailələri iştirak edir, dövlət başçısı şəhid ailələrinə dualarını çatdırmağı xahiş etdi. Şəhidlərimiz heç vaxt yaddan çıxmamalıdır”.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...