Modern.az

Ombudsman: "Ata qızını qumarda uduzmuşdu, özümə gələ bilmirəm"

Ombudsman: "Ata qızını qumarda uduzmuşdu, özümə gələ bilmirəm"

13 Aprel 2016, 13:20

"Son illər ölkəmizdə ailə institutu zəifləyir. Ailə institutunun zəifləməsində ailə-məişət zorakılıqları, valideyn məsuliiyətsizliyi, boşanmalar, ailmentin ödənilməməsi və digər amillər dayanır".

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə təşkil olunmuş “Ailə  institutunun formalaşmasında adət-ənənələrimiz” adlı tədbirdə çıxışı zamanı Ombudsman Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, boşanmaların sayı da getdikcə artmaqdadır.

“Ya görürsən oğlan, ər ailəsindən, ya da qız, gəlin ailəsindən ayrılır, boşanır. Hansı ki, əvvəllər  bir qızın, oğlanın, gəncin boşanması xəbəri yayılanda bu, az qala cəmiyyətin ciddi rezonansına səbəb olurdu, günlərlə bu məsələ müzakirə edilirdi.

İndisə bu məsələ az qala adiləşib. Bəs nə üçün belə oldu? Çünki bunun ilk səbəblərindən biri erkən nikahlardır, qızların erkən nikahlara məcbur edilməsidir”.   

Ombudsman digər problem kimi rayonlarda və kəndlərdə nikahların qeydiyyata alınmamasını deyib.

“Bu, rayon və kənd yerlərində özünü çox ciddi şəkildə göstərir. Həmçinin ailə-məişət porblemlərinin, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri narkomaniya, qumardır. Bu yaxınlarda çox dəhşətli bir faktın şahidi olduq. Ata öz qızını qumarda uduzmuşdu. İnanın ki, hələ də bundan özümə gələ bilmirəm...” - deyə, Ombudsman sözlərinə əlavə edib.

E. Süleymanova  vurğulayıb ki, Azərbaycanda çox təəssüflər olsun ki, son illər əxlaqsızlıq yuvaları çoxalır.  

 “Ailə-məşişət zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıq yuvalarının artmasıdır. Bu, çox ciddi problemdir və hər birimizdə də çox ciddi təəssüf hissi doğurur”.  

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Omdudsmanın bu fikirləri ilə razılşmayıb.  

“Elmira xanım, bu fikirlərinizlə insanların ürəyinə qorxu salıdınız. Düzdür, bizdə əxlaqsızlıq yuvaları var və bunlar dünyanın hər yerində mövcuddur, amma bu, o qədər də çox deyil.  Həm də müvafiq nazirliklərimiz, eləcə də komitəmiz bunlara qarşı çox ciddi mübarizə aparır”.

Ağa Akifoğlu

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...