Modern.az

Azərbaycan prezidenti Türkiyəyə gedib

Azərbaycan prezidenti Türkiyəyə gedib

Təhsil

13 Aprel 2016, 15:14



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 13-də İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak etmək üçün Türkiyə Respublikasına işgüzar səfər edib.

İstanbulun Atatürk Beynəlxalq hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, bu gün Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyevlə İstanbulda Mabeyn İqamətgahında görüşəcək. Görüşün Türkiyə vaxtı ilə saat 17:00-da baş tutacağı gözlənilir.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır