Modern.az

Hicran Hüseynova: “Həmin oğlana ağzıma gələni dedim”

Hicran Hüseynova: “Həmin oğlana ağzıma gələni dedim”

13 Aprel 2016, 16:07

 

“Regionlarda qəbul etdiyim vətəndaşların bir çoxu işsizlikdən şikayət edir və deyirsən ki, sizin rayonda bu iş yerləri var. Amma vətəndaşlar bu iş yerləri ilə qane olmaq istəmirlər”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Komitə sədri bildirib ki, regiondakı vətəndaşların bir çoxu işləməmək üçün müxtəlif cür bəhanələr uydururlar:

“Bəziləri deyir ki, bəs orada işləyə bilmərəm böyrəyim, başım ağrıyır və s. Deyirəm ki, ay bala heç 30 yaşımda bilmirdim ki, böyrəyim haradadır. Nədən belə cavan yaşında özünüzü xəstəliyə vurursunuz. Bu gün cəmiyyətdə bir tərəfdən dilənçilik fəlsəfəsi, digər tərəfdən isə məsuliyyətsizlik var.

Bir rayonda yaşlı ana 35 yaşında oğlunu əlindən tutub qəbula gətirir ki, oğluma bu günə qədər iş tapa bilmədiyim üçün utanc hissi keçirirəm. Həmin anadan otaqdan çölə çıxmasını xahiş etdim. Həmin oğlana isə ağzıma gələni dedim. Ona dedim ki, utanmırsan yaşlı ananı ora bura çəkirsən.

Hamı ömür boyu vəzifədə olmayıb ki? Nədənsə işə başlamaq lazımdır. Öz gücünə, bacarığına görə hansısa işdən başlamalısan. Ailədə uşağa məsuliyyətli olmağı öyrətməliyik və gələcəkdə onlara cəmiyyətdə öz gücünə güvənməyi aşılamalıyıq” - deyə Hicran Hüseynova bildirib.  

Ağa AKİFOĞLU  


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?