Modern.az

“Qızlar ana bətnindəcə məhv edilir”

“Qızlar ana bətnindəcə məhv edilir”

Təhsil

13 Aprel 2016, 16:39

“Bizdə qızlara qarşı hələ də ayrı-seçkilik halları var.Bunu qəbul etməyənlər olsa da, bu fakt mövcuddur”.

Modern.az xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə təşkil olunmuş “Ailə  institutunun formalaşmasında adət-ənənələrimiz” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, elə ailə-məişət zorakılıqlarının kökündə də  ilk məsələlərdən biri kimi qız uşaqlarına münasibət dayanır:

“Bu gün tibb aləmində texnologiyanın inkişaf etməsi nəticəsində ana bətnində dölün, cinsin müəyyənləşdirilməsi mümkün olur.

Kimin bir qızı varsa və kimsə qız övladının olmasını istəmirsə, ananı aborta məcbur edir, qız uşaqları elə ana bətnindəcə məhv edilir.Bunun özü də qadınlara qarşı zorakılıqların bir əlamətidir.

Qız uşaqlarının ana bətnində məhv edilməsi həm də  ölkədə demoqrafik duruma çox ciddi və mənfi təsirini göstərir. Artıq oğlanlarla qızların arasında nisbət faizi xeyli yüksəkdir.

“Yəni, bu gün oğlanların faizi 56, qızların faizi isə 44 təşkil edir. Bu, heç də yaxşı göstərici və hal deyil” - deyə Elmira Süleymanova bildirib.  

Ağa AKİFOĞLU  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır