Modern.az

Nazir və müavinləri qanvermə aksiyasında - FOTOLAR

Nazir və müavinləri qanvermə aksiyasında - FOTOLAR

13 Aprel 2016, 16:45

Aprelin 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində könüllü qanvermə aksiyası keçirilib. Modern.az xəbər verir ki, aksiyada  Nazirliyin 400-ə yaxın əməkdaşı iştirak edib.

B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Keçirilən bu cür aksiyalar hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.








Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi